Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bizi korona da öldürür, qorxu da, qorxusuzluq da...
Koronavirus

Bu günlərdə sosial şəbəkələrdə koronavirusla bağlı yazılan şərhlərin çoxunda qorxu, bu qorxudan qaçmaq istəyi hiss olunur. İnsanlar müxtəlif şərhlərlə narazılqlarını bildirir, bu qədər panika yaratmağın onlara zərər verdiyini bildirirlər.

Şəhanə Abbasova: Mən qorxudan üz iflici keçirdim, üzüm əyildi, nə qədər xərcə düşdüm, həkim deyir, həyəcanlanmaq olmaz, amma televizoru açıram, sosial şəbəkələrə giririəm, hər yerdə həyəcan, korona. Niyyətiniz bizi öldürməkdr?

Cəlil Xudaverdiyev: Atam panik atak xəstəsidir, adam qorxusundan yataq xəstəsinə çevrilib, onsuz da evdən çıxmırdı, bütün günü onu təsəlli etməkdən yorulmuşuq.

Cəfər Hatəmsoy: Bu nədir, heç olmasa bir balaca ürəkaçan şeylər də yazın, məktəb yaşlı uşaqlarım var, çox qorxurlar, millətə qorxu toxumları səpməyinizin fərqində deyilsinizmi?

İdris Abbasov: Xəstəliyi ölümcül edən beynəlxalq təlqindir. Bu yolla adi saydığımız qastritdən (ÜST-dən həyəcan təbili: yeni növ qastrit öldürür! və s.) minlərlə insan tələf ola bilər. İnsan beyni neqativ informasiyalara çox həssasdır. Həkim təsəllisi hanı? Hər iki davranış ölümlə nəticələnirsə. Qorxu da , laqeydlik də.Şəxsən mən həyatımda bir neçə ağır xəstəliklərə həkim təlqini sayəsində qalib gəlmişəm.

Haqlıdırlar, haqsız deyillər. Amma hətta ölümcül xəstəlik hər kəsin qapısını döyərkən belə qorxmayanlar, toy, yas məclisi etmək , yay istirahəti, gəzmək dərdinə düşənlər, özünü də başqalarını da yoluxdurmaq təhlükəsi daşıyanlar varkən bu xəstəlik barədə necə AZTV intonasiyasında danışmaq olar?

Tibb Universitetinin müəllimi Fuad İslamzadə bu barədə Bizimyol.info-ya danışarkən nə dövləti qınadı, nə də şikayətçiləri:

“Hələ 19-cü əsrdə məşhur həkim S. P. Botkin deyirdi: "Əgər xəstə həkimlə görüşəndən sonra özünü yaxşı hiss etmirsə, o həkim heç həkim deyil". Ancaq müasir Azərbaycanda bu fikir həkimin əleyhinə çevrilir. Həkim təsəlli üçün xəstənin vəziyyətinin yaxşı olduğunu bildirdikdən sönra ağırlaşma və ölüm baş verirsə, dərhal ölkənin bütün saytları car çəkir ki, filan həkim xəstəsini öldürdü.

Bəli, həkimin xəstəyə necə yanaşmasından çox şey asılıdır. Elə yanaşma ola bilər ki, xəstə heç xəstəxanadan çıxmağa macal tapmaz. Ancaq doğurdan da mən həyatda elə insanlar görmüşəm ki, onlar həkimlərə deyirlər ki, əgər həkim xəstəni qorxutmursa onda o nə həkimdir.

"Alım" adlanan adamın publika qarşısında şayiəni elmi fakt kimi təqdim etməsinin nə dərəcədə gülünc təsir bağışladığından xəbəriniz var? Bu gün yalandan təbliğat aparan şəxslər fərqi yoxdur hansı cəbhəyə aiddirlər, müxalifətçidirlərsə müxalifətin, dövlət orqanlarında işləyirlərsə dövlətin üz qarasıdırlar.Hələ mart ayının əvvəlindən dövlət hamıya bildirdi ki, vəziyyət pis ola bilər, ehtiyatı əldən verməyək? Kim eşitdi? Laqeydlik üzündən bu günkü vəziyyətə gəlib çıxdıq. Deyirlər İsveçdə karantin elan edilmədi. Axı isveçli öz məsuliyyətini dərk edir, özünü qoruyur, bizdə belədirmir? Maska taxmamaq üçün polislə gizlənpaç oynayırlar.Bəli, qorxu bir çoxlarına pis təsir edir, amma millətin yarıdan çoxu da qorxmasa özünü qorumur. Qorxu qəsdən yaradılmır, vəziyyət həqiqətən də qorxunc hal almağa başlayıb. Müşahidələrimdən aydın oldu ki, ölkədə son 6 ay ərzində anatomiya, fiziologiya və gigiyena elmləri üzrə aparılan maarifləndirici təbliğat sayəsində əhalinin 5-10 faizi burunun tənəffüs prosesində iştirak edən orqan olduğunu başa düşüb. Bakı əhalisinin 10-15 faizi nəfəsini yalnız ağzından, 40 faizi çənəaltı nahiyədən, 40 faizi də biləyindən aldığını zənn edirmiş.

Bu müşahidələrim həm də aydınlıq gətirir ki, nəyə görə bu ölkədə burun kosmetikası ilə məşğul olan həkimlər təbabətin daha vacib sahələrində çalışanlardan daha artıq dərəcədə populyardır. Azərbaycanda kovid19 xəstələri üçün ayrilan xəstəxanalarda xəstə yerlərinin ümumi sayı 7000-dir. Xastə sayının artımı dünənki kimi olsa, bu gün yeni xəstələrin yarısına yer olmayacaq. Əhali arasında məqsədli şəkildə inanmamaq təbliğatı aparanlar öz məkrli məqsədlərinə çatdılar”.

İlhamə Rəsulova

Paylaş »
››› Naməlum ölkə Azərbaycanı Rusiya bazarından kənarlaşdırır
››› İ.Ağazadə Güney azərbaycanlılara səsləndi: "O maşınları durdurun!" - Video
››› Erməniləri Qarsda qəbul edən bələdiyyə başçısı həbs edildi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »