Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: "Pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkməsi istisna deyil"

"Pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkməsi istisna deyil".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, istər cəmiyyət, istərsə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır: "Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də, sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir".

Nazir həmçinin əlavə edib ki, sahibkarların qaydalara riayət etməsi vacibdir: "Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq".

M. Cabbarov birgə səylər nəticəsində biznesin tədricən iqtisadi itkiləri bərpa edəcəyinə əmin olduğunu bildirib.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »