Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Buynuzlu xoruz görənləri heyrətləndirir - Foto
Xoruz

İzmirin Torbalı qəsəbəsində yaşayan jurnalist Vədat Aksuya məxsus xoruz öz qeyri- adi görüntüsü ilə görənlərin heyrətinə səbəb olur. Vədatın “Mikael” adı verdiyi xoruzun başının üstündəki pipik iki ədəd buynuz formasındadır.

Bizimyol.info-nun məlumatına görə, həyətindəki toyuqların arasına bu sortun hardan gəlib düşdüyünü bilmədiyini deyən Vədat indiyəcən xoruzu baha qiymətə almaq və oğurlamaq cəhdlərinin çox olduğunu söyləyib.

“Ondan ayrılmaq fikrim yoxdur. Mikaelin 2 yaşı var. Ona gözüm kimi baxıram”,- deyə buynuzlu xoruzun sahibi qeyd edib.

Mikael əslində yer üzündə tək buynuzlu xoruz sayılmaz. Fransanın Marsel şəhəri ətrafında nadir də olsa “Buynuzlu Pado” adlı xoruz növlərinə rast gəlmək olar. Mikaelin Fransada qohum əqrəbası olsa da, Türkiyədə təkdir.

İlhamə

Paylaş »
››› “TƏBİB ləğv olunmalıdır, fəaliyyəti ilə bağlı Baş Prokurorluq araşdırma aparmalıdır” - Açıqlama
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar
››› Daha iki rayonda karantin rejimi sərtləşdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »