Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sizcə, biz necə millətik?..

Pandemiya öz bərabrində çox şeyləri gətirdi və çox şeyləri apardı. Dözümümüz, milli birliyimiz, səbrimiz, çətin vəziyyətə qarşı duruşumuz sınağa çəkildi və ilk günlər yaxşı dayansaq da, getdikcə yarpaq tökümünə uğradıq, usandıq, gücdən düşdük, sıralar seyrəldi. Karantin elan edilən ilk 3 ayda əhali bir-birinə maddi dəstək göstərdi. Bununla öyündü, qürurlandı, sevindi, amma sonra... Amma sonra hər şey kampaniya xarakteri daşıyırmış kimi bitdi və başladıq xalq olaraq özümüz –özümüzü bəyənməməyə, irad tutmağa. Evin nadinc uşağı dərsdən beş alanda ata deyər “özümə çəkib”, yaramazlıq edəndə “fərsiz dayılarına oxşadı”.

Pandemiya bizi də beləcə iki dəstəyə ayırdı, biz güclüyük, biz xalqıq deyənlərə və biz nə təhər millətik deyənlərə bölündük. Bu yaralı mövzuyla bağlı Bizimyol.info-ya danışan professor İdris Abbasovun fikirnə görə, çox vaxt ümumiyə fərdə görə qiymət verilir.

“Xalq ümumi, fərd konkret məfhumdur. Cox vaxt umumiyə fərdə görə qiymət verirlər. Bu keçərlidir, sonda fərdlər ümuminin içində əriyib gedir !

Bizdən xalq, millət çıxmaz” deyimi haqqında: Hazırkı şəraitdə “namərd xalq” yox, “namərd edilmiş xalq” deyimi uyğun ola bilər. Dünyada naziri, məmuru, hətta akademiki, rektoru, prorektoru, direktoru rüşvətxor olan hansı xalq mərd ola bilər?! Əslində isə bizim xalq dünyanın ən saf, sülhpərvər, dürüstlüyü sevən xalqlarındandır. Bir para xəyanətkara görə bütöv bir xalqa “namərd”demək günahdır. Amma real şəraitdə xalqın saflığına, dürüstlüyünə haram qatılıb, haqqına xəyanət edilib. Nəticədə davranış pozğunluğu yaranıb. Kin, qisas və nifrət tüğyan edir.

Xalqın yaşam haqqına qənim kəsilmiş quduz məmurlar cəzalarına çatmayınca milləti daha böyük mənəvi deqradasiyalar, bəlalar, müsibətlər gözləyir. Bircə çarəsi ədalət və dürüstlüyün bərpasıdır. Qalanları təfərrüatdır... Deməli, xalqı namərd, tərbiyəsiz, qisasçı obrazında təqdim etməkdən zövq alan o ünsürlər - gücə söykənən bir para satqın, namərd vəzifə təmsilçiləri və onların xəbis əlaltılarıdır. Yalnız əlahəzrət dürüstlük balansı qoruyar və xalqı öz əslinə qaytara bilər. Bunsuz başqa cəhdlər faydasızdır”.

Biz özümüz haqqında mədhiyyələr də deyə bilərik,btənqidlər də. Ən əsası dediklərimizə özümüzün inanmağımızdır. Hər bir insanın içində mələk də var, şeytan da . Biz hansını çox yemləsək o daha çox böyüyür, bu günlərdə ətrafımıza, xalqımıza, xalqın ayrı- ayrı nümayəndələrinə, qruplara nifrət dolu, aşağılayıcı sözlərlə yönəlməklə içimizdəki şeytana yem veririk əslində. Şeytanı yem verməyin, su verməyin, böyütməyin yeridirmi? Biz hamımız qum dənələri kimi toplana -toplana çoxalıb milləti təşkil edirik. Böyük divarı təşkil edən kərpiclərik. Birimiz əslində nədirsə o böyük divar da odur. Gün içində başımızı telefondan, gündəlik qayğılardan , qiybətdən, söz atmaqdan, intiqam planlarından, haqq-hesabdan bircə dəqiqəlik qaldırıb bircə dəfə soruşsaq, “Biz nə təhər millətik?” özümüzə cavabımız necə olardı görəsən?

İlhamə Rəsulova İlhamə Rəsulova
Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »