Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Övladına kiçik toy məclisi təşkil edən saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirir.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyun ayının 29-da Şəmkir rayon Xuluf kənd sakini Əkbər Qəribov Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı övladı üçün kiçik toy məclisi keçirmək istədiyini bildirib. Həmin vaxt vətəndaşa Nazirlər kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş karantin qaydalarına ciddi riayət olunması bir daha izah olunmaqla, bu cür hüquqazidd əməllər törətməməsi barədə ciddi xəbərdarlıq edilib.

Lakin buna baxmayaraq vətəndaş Əkbər Qəribov yaşadığı Xuluf kəndindəki evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edib. Şəmkir RPŞ-nin əməkdaşları dərhal vətəndaşın evinə gələrək məclisin başlanmasını dayandırmış,oradakı iştirakçılar RPŞ-yə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 100 manat həddində cərimə edilib. Məclisin təşkilatçısı, polisin qanuni tələbinə qəsdən tabe olmayan Əkbər Qəribov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci(Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə müvafiq protokol tərtib olunaraq məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
Son xəbərlər
Bütün xəbərlər »