Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kirpi evə girib uşağa hücum etdi
kirpi

İngiltərənin Yorkşir qraflığında maraqlı hadisə qeydə alınıb.

Bizimyol.info "Daily Mail"-ə istinadən xəbər verir ki, iyunun 22-də 32 yaşlı Çelsi Fauler qızıın yataq otağında ağlamasına yuxudan oyanıb. Ana 3yaşlı uşağı yatağından qaldırmaq istəyəndə onun sağ ayağının barmağını kirpinin dişlədiyini görüb.

“Mən dəhşətə düşdüm. Uşağın yatağında kirpi görməyi ağlıma gətirməzdim. Üstəlik onun barmağını dişləmiş və buraxmaq istəmirdi. Mən ona hücum edincə uşağı buraxıb, şkafın altına qaçdı.Bu günə qədər heç vaxt yaxından kirpi görməmişdim”,- deyən ana qızına quduzluğa qarşı iynə vurdurduğunu da söyləyib.

Heyvansevərlər cəmiyyətinin üzvləri kirpini tutaraq təbiət qoynuna buraxıb.Qeyd edək ki, 2019-cu ilin dekabr ayında qraflığın Strardfort Apon Eyfon şəhərinin küçələrində minlərlə kirpi görünmüşdü.

Mütəxəssilər bunu yağışlı yaya görə kirpilərin payızda həmişəkindən çox bala verməsi və qış yuxusuna gecikmələri ilə əlaqələndirmişdilər.

İlhamə

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var - Döyüş davam edir
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbçilərin adını açıqlayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »