Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yeni qorxunc virus peyda oldu - pandemiya riski daşıyır
in_article_57e86ebf10-0-0-

Bir qrup çinli alim G4 EA H1N1 adı verilən yeni virus üzə çıxarıb.

Bizimyol.info lenta. Ru-ya istinadən xəbər verir ki, çinli alimlər donuzlardan insanlara ötürülə bilən və pandemiya riski daşıyan yeni qrip barədə həyəcan təbili çalırlar.

İnsanlara ötürülə və tənəffüs yollarında çoxala bilən yeni virus, 2009-cu ildə Meksikada ortaya çıxan və dünyada təxminən 800 min insana yayılan “donuz qripi” kimi tanınan H1N1 virusu ilə oxşar quruluşa sahibdir. Alimlər yeni olması səbəbiylə insanların immunitetinin olmadığı virusun mutasiyaya uğraya biləcəyi və sürətlə yayıla biləcəyi riskinə diqqət çəkərək, donuz fermalarında çalışan insanlar da daxil olmaqla, əhalinin nəzarət altına alınmasının vacibliyini vurğulayıb.

Araşdırmalarda donuz fermalarında işləyənlərin qanında yüksək miqdarda virus aşkar edilib.

Xatırladaq ki, "donuz qripi" 2009-cu ildə Meksikadan dünyanın 191 ölkəsinə yayılaraq 8 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

İlhamə Rəsulova

Paylaş »
››› Səhiyyə nazirimiz haradadır: Nazirlikdən sürpriz cavab
››› Azərbaycanda polis genişmiqyaslı əməliyyata başladı: Saxlanılanlar var
››› Daha iki rayonda karantin rejimi sərtləşdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Avropa ölkəsində karantinə görə polislə qarşıdurma yaşanır - Video
Son xəbərlər
Bütün xəbərlər »