Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda koronavirus xəstəsi özünü pəncərədən atdı

Ermənistanda koronavirus diaqnozu təsdiqlənmiş xəstə qadın özünü Artaşat xəstəxanasının 3-cü mərtəbəsindən yerə atıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan 55 yaşlı vətəndaşın xəstəxanaya iyunun 29-da yerləşdirildiyini deyib.

"Bu gün özünü xəstəxana palatasının pəncərəsindən atıb. Çoxsaylı sınıqlarla onu Yerevana apardılar. Həkimlər vəziyyətini ağır qiymətləndirir", - deyə Nikoqosyan əlavə edib.

Məlumata görə, həmin qadın əvvəllər də intihara cəhd edib.

Son xəbərlər
Bütün xəbərlər »