Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada sənaye istehsalı son 7 ilin minimumuna düşüb
yaponiyada tayfun

COVID-19 pandemiyası fonunda Yaponiyada sənaye istehsalı 2020-ci ilin may ayında öncəki ayla müqayisədə 8,4% azalıb.

“Report” xəbər verir ki, bu barədə TASS hökumətin hesabatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu göstərici 2013-cü ilin yanvar ayından bəri ən aşağıdır.

İşsizlərin sayı da rekord dərəcədə artıb. Bir aya artım 330 min nəfər təşkil edib, ölkə üzrə ümumi işsiz sayı isə 2 milyona çatıb. Bu, son üç ilin ən yüksək göstəricisidir.

Daha əvvəl Yaponiya şirkətləri 2020-ci ilin ilk rübünün onlar üçün son 10 ildə ən pis dövr olduğunu bildirmişdi. “Fitch” reytinq agentliyi ölkənin ÜDM-inin il yekununda 5% azalacağını proqnozlaşdırıb. Pandemiya ilə mübarizə üçün tətbiq olunan məhdudlaşdırıcı tədbirlərdən əziyyət çəkən əhalini və ölkə iqtisadiyyatını dəstəkləmək üçün Yaponiya hökuməti 1 trilyon ABŞ dolları dəyərində antiböhran paketi hazırlayıb.

Paylaş »
››› Səhiyyə nazirimiz haradadır: Nazirlikdən sürpriz cavab
››› Azərbaycanda polis genişmiqyaslı əməliyyata başladı: Saxlanılanlar var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən rayon və şəhərlərin sayı artırılıb
››› Daha iki rayonda karantin rejimi sərtləşdirilir
Son xəbərlər
Bütün xəbərlər »