Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda su böhranı davam edir: Su siyasəti köklü şəkildə dəyişilməlidir

Kür çayında suyun səviyyəsinin azalması, Abşeronda və Aran rayonlarında su çatışmazlığının fəlakət həddə çatması barədə dönə- dönə yazmışıq və davam edəcəyik. Çünki su həyatdır, yoxluğu ən böyük fəlakətimiz ola bilər. O zaman indi başımızı qatmış səhiyyə böhranı belə onun yanında xırda problemə çevrilə bilər. Bu günlərdə Kürün vəziyyəti ilə əlaqədar qonşu Gürcüstanda da həyəcan təbili çalınır. Ölkənin keçmiş təbii sərvətlər naziri Nino Çxobadze bildirib ki, Kürün vəziyyəti kritikdir və gərəkən tədbirlər alınmazsa, bu çayı itirmək təhlükəsi yaranıb.

“Bu çayın keçdiyi ölkələr , yəni Gürcüstan, Türkiyə və Azərbaycan tədbir almasaq, su arteriyamızı qorumasaq hamımızı fəlakət gözləyir. Regionda hidroresurslarla bağlı vəziyyət ürəkaçan deyil Əsas səbəb iqlim dəyişikliyidir.Lakin şirin sudan başlı başına istifadə öz mənfi rolunu göstərib. Təcili və operativ tədbirlər alınmalıdır”,- deyə keçmiş nazir bəyan edib.

Avropa Yer Elmləri İttifaqının, Amerika Hidrologiya İnstitutunun, Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü, Coğrafiya elmləri namizədi Mirzəxan Mənsimov Bizimyol.info-ya məsləylə bağlı danışarkən qeyd edib ki, Kürün problemlərini diqqətlə izləməkdədir.

Mirzəxan Mənsimov Mirzəxan Mənsimov

“Həmişəki kimi iqlim dəyişikliyi günahkar bilinir. Hamı heç kimin sorğu sual edə bilməyəcəyi bir müttəhimi günahlandırmaqdadır.İqlim hər zaman dəyişib və dəyişəək. İqlim nədir? Xatırladıram, iqlim Yer kürəsinin bu və ya digər ərazilərinə xas çoxillik hava rejimidir. Çaylar da iqlimin məhsuludur. Lakin su resurslarını insan idarə edir və onu nə gözlədiyini yaxşı bilir.Buna görə də işini problemlər yaranmazdan öncə doğru planlaşdırmalıdır.Kürün tarixində az sulu illər olmuşdu, hətta bundan da pis hallar yaranmışdı, lakin ölkənin bu şəkildə su qıtlığı yaranmamışdı.Sovet vaxtı əkin sahələrimiz bundan çox idi, amma su problemi yaşanmırdı, çünki vahid idarəçilik var idi. Ölkə daxilində su ehtiyatlarının paylanmasına ciddi nəzarət edilməlidir.Bu sahədə baş verən qarışıqlıq, özbaşınalıq aradan qaldırılmalıdır.Xüsusən suyun paylanılmasında yol verilən qanunsuzluqlara son qoyulmalıdır.Vahid idarəçilik olmalı, suyun mühafizəsi tədbirləri görülməlidir.Transsərhəd sularına malik olduğumuz ölkələrlə strategiya işləyib hazırlamalıyıq.Biz hələ ki bu problemləri həll etməmişik.Bir sözlə ölkənin su siyasətini, eləcə də sudan istifadə mədəniyyətini köklü surətdə dəyişməliyik.Su kanallarına baxılmalıdır. Əsas su itkimi (50-55%) torpaq su kanallarında baş verir. Su anbarlarına qışda ehtiyat su toplanmalıydı. Məsələn bəzi Aran kəndlərini su ilə təmin edən Türyançaya arxayın olub pambıqçılıqla məşğul olurlar. O qədər də böyük olmayan çaydır və üzərində heç bir su anbarı tikilməyib. Ona arxayın olub əkin əkilirsə, bu o deməkdir yağmadı yağış, bitmədi qamış”.

Mirzəxan müəllim ölkədə suyun təkrar istifadə olunması məsələsinə diqqət yetirməyin vaxtının çoxdan çatdığını qeyd edib.

“Bir çox ölkələrdə dəniz suyunun şirinləşdirilməsi praktikası tətbiq olunur. Qazaxıstan, Türkmənistan da Xəzərin suyunundan şirinləşdirərək istifadə edir Bunun Xəzərin səviyyəsinə, su ehtiyatına bir ziyanı yoxdur. Sadəcə bu o zaman effektiv olur ki, su mənbələri uzaqdadır. Məsələn dənizin ortasındakı adalarda, neft mədənlərində bundan istifadə oluna bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Salyanın Xıdırlı kəndində Xəzərin suyunun şirinləşdirilərək istifadə edilməsi praktikasını reallaşdırıb. Amma bu baha başa gələn prosesdir. Ən yaxşısı bu olardı ki, biz suyun təkrar istifadəsinə üz tutaq. Drenaj sularının təmzilənərək yaşıllaşdırmada istifadəsi əlverişli olardı. Bu gün Bakı və Abşeron yarımadasında yaşıllaşdırma işlərində də şirin sudan istifadə edilir. Suyu bu qədər israfla hətta bol sulu ölkələrdə də işlətmirlər.Kanalizasiya sularını texniki təmizləmədən keçirib onlardan texniki su kimi istifadə etmək lazımdır. İçərisindəki yuyucu, kimyəvi vasitələr və mikroblar təmizləndikdən sonra kanalizasiya suları yaşıllıqların qorunmasında, suvarmada, avtomobil yuma sexlərində və s. bu kimi işlərdə istifadə edilməlidir. İsrail, Sinqapur, ərəb ölkələri, hətta suyu bol bir sıra Avropa, subtropik ölkələrdə bu üsul istifadə olunur, biz niyə etməyək? Kanalizasiya suları var, sadəcə onların toplanıb, təmizilənib, anbarlara yığılması lazımdır”,- deyə Mirzəxan müəllim bildirib.

Bakı Dövlət Universitetinin müəllimi, ekoloq Azər Cəfərov Bizimyol.info-ya danışarkən qeyd edib ki, bu il ekstrimal ildir. Kəskin azalma var. O artezian sularından da kəskin istifadənin bir müddət sonra yeni problemlər yaradacağını bildirib.

Azər Cəfərov

“Artezan quyulardakı su tukənən resursdur. Azərbaycanda onun da ehtiyatı təqribən 9 milyard kub metrdir. İndi hər yerdə qazırlar. Bu yaxın illərdə bizə problem yaradacaq. 30-32 milyard kub metr şirin su ehtiyatımız var..Onun yalnız 12 milyardı istifadə olunur. İstifadə olunan suyun da 9 milyardını, az qala 80%-i kənd təsərrüfatı istifadə edir. 1)Təcili şəkildə qanun qəbul edib, şırımla suvarma sistemlərinin qadagan etməliyik (İsraildə olduğu kimi), hər yerdə çiləmə və damcılama üsullarına keçilməlidir (bu texnikanı əldə etməkdən ötrü fermerlərə faizsiz kredit verilməlidir); 2)Sənaye və məişətdə istifadə olunan suların təkrar emalı və texniki su kimi istifadəsi təşkil olunmalıdr; 3) Respublika üzrə su resurslarının idarə edilməsinin vahid sistemi yaradılmalıdır (özümüzdən heç nə kəşf etməyək dünyada bu mövcuddur); 4) Xəzər suyunun şirinləşdirilməsi və texniki su kimi istifadəsi təşkil edilməlidir (İsrail özünün şirin suya olan ehtiyacının 75%-ni şirinləşdirmə hesabına ödəyir). Yaxın 3 ildə bu işləri həyata keçirməsək ağır ekoloji, iqtisadi və sosial problemlərlə üzləşməli olacağıq.

İlhamə Rəsulova

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
Son xəbərlər
Bütün xəbərlər »