Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada koronavirusun yüzdən çox ştammı tapılıb

Rusiyada koronavirusun yüzdən çox ştammı müəyyənləşdirilib.

Bizimyol.info-nun məlumatına görə, bu fikri “Vektor” araşdırmalar mərkəzinin direktoru Rinat Maksyutov səsləndirib.

“Rusiyada koronavirus geniş yayılmağa başladıqdan sonra biz öz ştammlarımızı müəyyən etdik. İndi onların sayı 100-dən çoxdur”,- deyən Maksyutov bununla Səhiyyə Nazirliyinin rəsmisi Anna Popovanın may ayının sonunda dediklərini təksizb etmiş olub. Anna Popova koronavirusun çox dəyişikliyə uğramadığını , dəyişkən olmadığını söyləmişdi.

Rinat Maksyutov qeyd edib ki, koronavirus çox sürətlə mutasiyaya uğramaqla yeni növlər yaradır.

ÜST-ün məlumatına görə, dünyada bu virusun yayılmadığı ölkə yoxdur. Yoluxma sayı 9,8 milyon nəfər təçkil edir, bu günə qədər yoluxanların 495 min nəfəri həyatını itirib.

İlhamə Rəsulova

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »