Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: “Korona iki ölkənin oyunudur”

Pandemiya elan ediləndən bu yana hadisələrə qarşı həmişə xüsusi duruş sərgiləmiş Belarus Prezidenti Aleksandr Lukaşenko yenə sessasion açıqlama verib. O COVİD-19-un yayılmasında Çin və Amerikanın dünyanı yenidən bölüşdürmək maraqlarının olduğunu söyləyib.

"Çin və Amerikanın dünyanı yenidən bölüşdürə bilməsi üçün xüsusi və peşəkarlıqla hazırlanmış oyun deyildimi? Ya da başqa ölkələri özünüzə tabe etmək üçün? Əsas iqtisadiyyatdır. Mövcud olanları bölməyə başladılar”.

Bizimyol.info-nun Belarus KİV-lərinə istinadən məlumatına görə, COVID-19 pandemiyasının süni xarakterli olduğunu söyləyən Lukaşenko vətəndaşlar qarşısında çıxış edərkən bu bəlanın geosiyasi və iqtisadi rəqabət nəticəsində yaranmış ola biləcəyini, təbii yox , insan əlinin məhsulu olduğunu düşündüyünü bir daha diqqətə çatdırıb.

Qeyd edək ki, Belarus pandemiya dönəmində xüsusi karantin tədbirləri almayıb. Ölkə prezidenti əhalinin sağlamlığını düşünsə də, iqtisadi çökmənin yolverilməz olduğunu dönə-dönə bəyan edib.

A.Lukaşenko belaruslulara koronavirus infeksiyasını “traktor, yüz qram və hamamla” müalicə etmək tövsiyəsini belə izah edib:

“Traktorun sağaldacağını deyəndə bunu nəzərdə tuturdum- əkin lazımdır, aclığa yol vermək olmazdı, İnsanları bu psixoz vəziyyətdən çıxarmaq lazım idi”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »