Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin rezident əlaqələndiricisi müraciət etdi: “Azərbaycan üçün et”

BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai COVİD-19 pandemiyası ilə bağlı “Bunu Azərbaycan üçün edin” adlı müraciət yayıb.

Bizimyol.info xəbər verir ki, təşkilatdan verilən məlumatda deyilir:

"Əziz dostlar,

Təəssüf ki, COVİD-19 pandemiyası hələ də bizimlədir.

Dünyada yoluxma sayı 9 milyonu keçib. Ölənlərin sayı isə yarım milyona çatır.

Azərbaycanda da yoluxanların sayı artır. Təəssüf ki, ölənlərin də.

Bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim.

İnanın mənə, bu təhlükə realdır və yanımızdadır.

COVİD-19-un qapımızı döyməsini gözləməməliyik.

Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün bu sadə tədbirləri

görməyinizi xahiş edirəm:

- Fiziki məsafə saxlayın;

- Əllərinizi tez-tez yuyun;

- Tələb olunan yerlərdə maska taxın; onlardan düzgün istifadə edin;

- Zərurət yaranmadıqca evdən çıxmayın;

- Hökumətin tələblərinə riayət edin.

Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!

Təşəkkür edirəm!"

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ön cəbhəyə yardım aparan könüllülərin ikisi yaralanıb, ikisi itkin düşüb
Son xəbərlər
Bütün xəbərlər »