Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda terrorçular hərbi avtomobilə hücum edib

İranın Zahidan şəhərinin Kurin bölgəsində terror qruplaşmasının üzvləri hərbi avtomobilə hücum edib.

APA-nın Tehran bürosu İran Dövlət Televiziyasının rəsmi xəbər saytına istinadən xəbər verir ki, Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərinin Kurin bölgəsinin Gəluqah kəndi yaxınlığında partlayış baş verib. Partlayışı terror qruplaşmasının üzvləri törədib.

"Ceyşül-ədl" terror qruplaşması iddia edib ki, bu əməliyyat İranın SEPAH və Bəsic qüvvələrinin hərbi avtomobillərinə qarşı həyata keçirilib. Qruplaşma öz açıqlamasında hücum zamanı Kurin bölgəsinin Bəsic komandiri Müctəba Mirşikarın öldürüldüyünü iddia edib. Hələlik rəsmi şəkildə bu xəbər təsdiq və ya təkzib olunmayıb.

İranın "terror təşkilatı" elan etdiyi "Ceyşül-ədl" ölkədəki "Sünni Bəluç xalqının hüquqlarını müdafiə etdiyini" irəli sürərək Tehran rəhbərliyinə qarşı silahlı mübarizə aparır.

Son xəbərlər
Bütün xəbərlər »