Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə koronavirusdan ölüm sayı 5,1 mini keçib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 51 014 şübhəli koronavirus testindən keçib, onlardan 1374-nün cavabı pozitiv çıxıb. Bu gün daha 1214 xəstə sağalıb.

Türkiyədə indiyədək 198 613 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5115 nəfər ölüb, 171 809 nəfər isə müalicə olunaraq sağalıb.

Nazir xəbərdarlıq edib ki, sağalanlarla müqayisədə infeksiyaya yoluxma sayında dünən 18, bu gün isə 160 nəfər çox olub.

Son xəbərlər
Bütün xəbərlər »