Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 544 yeni yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6558, ötən müddət ərzində isə ümumilikdə 475 525 test aparılıb.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
››› Paşinyanın arvadının saç ustası ondan qızıllarını tələb edir
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
Son xəbərlər
Bütün xəbərlər »