Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə turist həsrəti - Video

Pandemiya Türkiyənin turizm sektoruna böyük zərbə vurdu.

Bizimyol.info xəbər verir ki, “Deutsche Welle” bununla bağlı reportaj hazırlayıb.

Mustafa Güden müştəriləri üçün səhər yeməyi hazırlayır. Başqa vaxt onun buna zamanı olmazdı. Antalyada otel sahibi olan Mustafa bəy gərginlikdən əldən düşərdi, xırda işlərə vaxtı qalmazdı. Amma bu il vəziyyət başqadır. Cəmi bir otaqda müştəri var. Almaniyadan olan bir ailə koronavirusa məhəl qoymayaraq Antalyaya gəlib. Alman qonaqlar durumdan çox məmnundur.

Mustafa Güden “Deutsche Welle”yə deyib ki, hər il apreldən axın-axın turistlər gələrdi. Həmişə oktyabrın sonuna qədər otel dolu olurmuş. İndi Güden üç nəfərlik ailəyə özü qulluq edir.

Türkiyə hökuməti sanitar qaydalara əməl olunmasına ciddi nəzarət edir. Güden heç bir halda qaydaları pozmur. Otaqlar boş olsa da, otel sahibi hər gün bir-bir göz gəzdirir, dezinfeksiya işi aparır.

“Hara getsələr belə, müştərilərə maska veririk. Hər gün onların qızdırmasını ölçürük. Əlimizdən gələn hər şeyi edirik. Təəssüf ki, turist yoxdur”, - Güden belə deyir.

Təkcə Mustafa Güden əziyyət çəkmir. Dünyaca məşhur olan Antalyanın bütün istirahət yerləri boş qalıb. Halbuki keçən il 15 milyon turist gəlmişdi. Avropa ölkələri vətəndaşlarına mümkün qədər uzaq yerlərə istirahətə getməməyi məsləhət görür. Antalyada bu işlərlə məşğul olanlar isə tövsiyəni haqsızlıq sayır.

Antalya koronavirus müstəvisində çox da təhlükəli deyil. 2.5 milyon əhalisi olan şəhərdə virusa yoluxanların sayı heç 1000 nəfərə çatmır. Mustafa Güdenin yeganə müştərisi alman ailə olsa da, otel sahibi Almaniya hökumətindən narazıdır. Onun fikrincə, Avropa dövləti Türkiyədə istirahətə daha isti yanaşa bilərdi.

Paylaş »
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »