Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin park salmağı tövsiyə etdiyi əraziyə kimlər və niyə göz qoyub? - Video

“İki gün öncə 20 yanvar metro-stansiyası yaxınlığında yerləşən Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyətində səbəbsiz yanğın baş vermişdi, saatlarla söndürə bilmirdilər. Bugün səhər saatlarında yenidən həmin sahənin yanmayan hissələrində alov görünəndə aydın olur ki, yanğın səbəbsiz deyil. Nəzərə alsaq ki, dünən də yağış yağırdı bu yanğının bugün yenidən baş verməyi müəmmalıdır. İlk gündən niyə araşdırmalar aparılmadı, niyə günahkarlar tapılıb çıxarılmadı bəs? Axı lazım olanda bir komment belə yazanı tapıb həbs edə bilirlər! Cinayətkarlar vaxtında cəzalandırılmadığı üçün cinayətlərin sayı gündən-günə artır.Görünür, bu yaşıl və boş ərazi kimlərinsə biznes hədəfinə çevrilib, yəqin məqsəd bu ərazini ölü səhraya çevirib, yararsız hala salmaq, sonra isə binalar ucaltmaqdır, ya da niyyət tamam başqadır. Əslində, ölkə başçısı 2-3 ay öncə, ərazidə park olmadığını və gözəl yaşıllığı nəzərə alıb, bu yaxınlarda, burada park salınmasını, uşaqlar üçün oyun meydançası düzəldilməsini tapşırmışdı”.

Bunları Bizimyol.info-ya həmin ərazinin yaxınlığında yaşayan bir qrup vətəndaş söyləyib.

“Nə "Euro Home"-un, nə "Sədərək" bazarının təkrar-təkrar yanması təsadüfi deyil. İndi də bu yanğın. Görünən odur ki, yanğınla "cəzalandırma" mexanizmi şəbəkə şəklində çalışmaqdadır. Amma necə deyərlər “tutulmadınsa, oğru deyilsən”

Bu əraziyə kimlərin maraqlı olduğundan Bakı şəhər İcra hakimiyyətinin başcısı Eldar Əzizovun xəbəri olmaması inandırıcı görünmür. Əgər, doğrudan da xəbəri yoxdursa, o zaman bu ərazinin yandırılmasının və hansı səbəbdən kimin sifarişi ilə yandırdığı şəxsin tapılmasını həyata keçirsin. Bu cinayətdir və bu cinayəti törədən şəxs həhs edilməlidir.Çox maraqlıdır ki, Prezidentin park salmaq istədiyi ərazi yandırılır”,- deyə vətəndaşlar bildiriblər.

Vətəndaşlar həmçinin bildiriblər ki, kinostudiyanın ərazisində kimlərsə bölüşdürmə işləri aparıb, onu kərpiclə bir neçə hissəyə bölüblər. Əvvəllər film çəkilişlərində istifadə olunan kürsülü qədimi ev də sonralar bu daş hasarlarla birlikdə sökülüb.

Qeyd nedək ki, bir müddət öncə kinostudiyanın həyətinin satışa çıxarılması barədə mediada yayılan xəbərlərdən sonra həmin ərazidə yaşıllıqların məhv edilməsi və tikinti işləri dayandırılmışdı. Lakin görünür kimlərinsə iti tamahı hələ də oyaqdır.

Bizimyol.info olaraq araşdırmalarımız davam edəcək.

Son xəbərlər
Bütün xəbərlər »