Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ada ölkədə şəhər satırlar

Yeni Zelandiyada şəhər satışa çıxarılıb. Mellonsfolli Rança 7.5 milyon dollar dəyərində qiymətləndirilib.

Bizimyol.info xəbər verir ki, bu şəhərin əsası 2006-cı ildə qoyulub. Təşəbbüskar vestern janrında əsərlərin oxuucusu olub. O, təsəvvüründə canlandırdığı şəhəri yaradıb. Burada cəmi 3 yaşayış binası var. Həmin binalarda 22 nəfərin yaşaması üçün şərait yaradılıb. Bir növ ABŞ-ın Vayominq ştatındakı kovboy şəhərinin oxşar forması inşa edilib. Mellonsfolli Rançda şerifin ofisi, kinoteatr və məhkəmə binası da yerləşir. Bundan başqa, alıcıya hazır biznes – bal təsərrüfatı da təhvil veriləcək.

Oklenddən Mellonsfolli Rança cəmi 6 saatlıq yol var. Şəhərə vertolyotla da gəlmək mümkündür. 2016-cı ilin martında ABŞ-ın Nevada ştatında kazinosu, restoranı, mağazası və moteli olan şəhər satılmışdı. Kel-Nev-Arinin sahibi yaşayış məskənini 17 milyon dollara satmaq istəyirdi. Amma 6 il müştəri tapa bilməyən sahibkar sonda 8 milyon dollara razılığa gəlməli olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »