Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kasıblara pulsuz mənzillərin veriləcəyinə dair xəbərlərlə bağlı ekspertdən açıqlama

Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

Bu sərəncam bir sıra xəbər saytlarında “Kasıblara pulsuz mənzillər veriləcək” başlığı ilə paylaşılıb və həyəcana səbəb olub. Hazırkı böhranın ölkə iqtisadiyyatına böyük zərbələr vurduğu bir dövrdə bu realdırmı? Ümumiyyətlə, sərəncamı necə başa düşmək olar?

Bizimyol.info-nun sualına cavab verən iqtisadçı Natiq Cəfərli qeyd edib ki, qanunun icra mexanizmi olmadan onun həyata keçməsi real görünmür.

Natiq Cəfərli

“Əslində bu qaydalar var idi. Hətta valideyn himayəsindən məhrum olan gənclərin xüsusi təyinatlı internatlardan buraxıldıqdan sonra icra strukturlarının və bələdiyyələrin mənzil fondundan mənzillə təmin edilməsi barədə qaydalar var idi. İndi bu qaydaların sərhədləri genişləndirilib. Amma bu, praktikada necə həyata keçiriləcək? Bunun icra mexanizmi yoxdur. Tutaq ki, aztəminatlı ailə bu mənzil və ya torpaqla təmin edilməsə, hara müraciət etməlidirlər? Bu barədə məlumat verilmir. Bax, bunu tənzimləyən icra mexanizmi ortalıqda yoxdur. Bu qaydaların olmaması onun reallaşmasını, həyata keçirilməsini çətinləşdirir və bir çox hallarda mümkünsüz edir”,- deyə ekspert bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »