Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mədəniyyət Nazirliyi olmayan artistin hesabına 26 min manat köçürüb

Mədəniyyət Nazirliyi keçən il Rusiyanin Xalq artistlərinin biri ilə 26 min manatlıq müqavilə bağlayıb, lakin həmin müğənni Bakıya gəlmədiyinə görə bu pulun taleyi naməlumdur.

Bizimyol.info xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli məlumat paylaşıb.

Natiq Cəfərli Natiq Cəfərli

“Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı var, Mədəniyyət Nazirliyi keçən il Rusiyanin Xalq Artistlərinin biri ilə müqavilə bağlayır ki, həmin şəxs 5 ay Bakıda qalıb ansambla dərs keçəcək. Bu məqsədlə Nazirlik artistin hesabına 26 min 200 manat (aya 5240 manat) pul köçürür, qonağın rahatlığı üçün isə Bakıda 5 aylıq 7 min 200 manata (aya 1440 manat) kirayə ev tutur. Bura qədər hər şey normal görünür – xalq artistinə aya 5240 manat qonorar vermək olar, hörməyli qonağa ayı 1440 manat ev də tutmaq mümkündür. Amma, qəribəsi budur ki, nə o qonaq Bakıya gəlib, nə də elə bir treninq olub – sadəcə Mədəniyyət Nazirliyi ödənişlər edib”,- deyə o bildirib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etsək də zənglərimizə cavab verilmədi.

Qeyd edək ki, bir müddət öncə DTX-nin Mədəniyyət Nazirliyində apardığı əməliyyat tədbirləri nəticəsində nazir müavini və idarə rəisləri rüşvət alarkən həbs olunublar. Haızrda Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir.

İlhamə Rəsulova

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »