Ötən gün Rusiyada 6719 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
Bizimyol.info xəbər verir ki, gün ərzində 93 xəstə vəfat edib, 4343 nəfər sağalaraq evə buraxılıb.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 641 min 156 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 403 min 430 nəfər sağalıb, 9166 pasiyent vəfat edib.
Hazırda Rusiya xəstəxanalarında 228 min 560 nəfər koronavirus infeksiyasından müalicə olunur.
Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ və Braziliyadan sonra dünyada üçüncü yeri tutur.