Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın Azərbaycan əyalətləri COVID-19-a görə qırmızı bölgə elan olundu

İranda son sutkada daha 2 536 nəfər koronavirusa yoluxub.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sədət Lari bildirib.

Onun sözlərinə görə, son sutkada 162 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 10 670, yoluxanların sayı isə 225 205 nəfərə yüksəlib. 186 180 pasiyentin sağaldığı bildirilib.

Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin qırmızı bölgə olduğunu elan edib.

Əhalinin sıx olduğu bütün qırmızı bölgələrdə insanlar iyulun 5-dən iyulun 21-dək maska taxmalıdırlar. Bildirilib ki, ehtiyac olarsa karantin müddəti uzadıla bilər.

Paylaş »
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »