Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da Atatürkə və Türkiyəyə qarşı təxribat

ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə səfirliyi iqamətgahının qarşısında olan Atatürkün heykəlinə hücum edilib.

Virtualaz.org Türkiyə KİV-inə istinadən bildirir ki, heykəlin üzərinə ingilis dilində “Bəli, insanlığa qarşı cinayətlərdə günahkaram” ifadəsi yazılan pankart asılıb.

Təxribatı törədən şəxs səfirliyin müşahidə kamerasına düşüb. O, pankartı heykəlin üzərinə yerləşdirdikdən sonra fotosunu çəkib. Daha sonra da pankartı götürərək ərazidən uzaqlaşıb.

Qeyd edək ki, çəkilən foto Yunan Soyqırım Araşdırma Mərkəzinin (Greek Genocide Resource Center) “Feysbuk” hesabında da paylaşılıb.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »