Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Məhəmməd Əmin Rəsulzadə də virusa yoluxubmuş
Məhəmməd Əmin Rəsulzadə

Son günlər cümhuriyyət dövrünə aid Osmanlı arxiv sənədlərində yazılanlar çox müzakirə olunur. Həmin sənədlərə nəzər yetirəndə bu günlə səsləşən maraqlı fakt diqqət çəkir.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Cümhuriyyətinin rəhbəri Məhəmməd Əmin Rəsulzadə də o vaxt virusa yoluxubmuş. O, ispan qripinə görə bir həftə yataq xəstəsi olub. Rəsulzadə İstanbul konfransına müraciətdə bu məsələ barədə yazıb. Milli Şuranın rəhbərinin Azərbaycan Cümhuriyyətinə aid Osmanlı arxiv sənədlərinin 201-ci səhifəsində yer alan 1918-ci il 29 iyul tarixli müraciətini olduğu kimi nəzərinizə çatdırırıq: “Son defa teşerrüf etdiğim esnada Şimali Kafkasya ile ittifak ahidnamesi layihasının suretini zatı devletlerine takdim edeceğimi vad etmişdim. Fakat takdiri ispanyola düçar olarak bir boyuna bir hafta yatmak mecburiyetini hasil etdiğimden, layihaı mezkureyi yalnız bugün zatı devletlerine gönderebiliyorum. İcabını ifa eylemek üzere, melfuf bulunan layihaı mezkureye aid fikri alilerini ve bu hususda Hükumeti Seniyyenin noktaı nazarını öğrenmek için muayyen bir vakit tahsis etmek lütfünü de ayrıca iltimas ile arzı ihtiramat eylerem efendim”.

Məhəmməd Əmin Rəsulzadə burada “ispanyol”a (ispan qripinə) yoluxduğunu aşkar yazıb. O, məhz xəstəlik üzündən ittifaqla bağlı layihəni gec təqdim etdiyini, buna görə üzr istədiyini bildirir. Yazılanlardan Rəsulzadənin 1918-ci ilin iyulunun ortalarında virusa yoluxduğu qənaətinə gəlmək olur.

Bəzi məsələlərə aydınlıq gətirək. 1918-ci ilin mayında Azərbaycan müstəqilliyini elan edəndən sonra mümkün qədər Qərbə inteqrasiya etməyə çalışırdı. İstanbul konfransı isə Mərkəzi Avropa İttifaqı ölkələri ilə (Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan) Qafqaz dövlətləri (Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar İttifaqı) nümayəndələrini bir araya gətirmək missiyası daşıyırdı. Məhəmməd Əmin Rəsulzadənin, ədliyyə naziri Xəlil bəy Xasməmmədovun və solçu Aslan bəy Səfikürdiskinin yer aldığı nümayəndə heyəti İstanbula iyunun 24-də getmişdi. Məhz İstanbul konfransının nəticəsi olaraq Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakıya köməyə gəlmişdi.

İspan qripinə yoluxanlar arasında məşhur azərbaycanlılardan Əhməd Ağaoğlu da olub. 1908-ci ildə İstanbula köçən ictimai xadim bundan 11 il sonra martın 14-də gündəliyində yazırdı: “Şiddətli bir ispanyola tutularaq yatağa sərildim. İspanyol zatürrəyə (pnevmoniya) çevrildi. 40 dərəcə hərarətlə 14 gün bayılmış halda qaldım”.

Tarixi sənədlərdən belə məlum olur ki, Ağaoğlu ispan qripinə 1919-cu ilin fevralında yoluxub. Həmin günlərdə hətta onu həbs etmək üçün arxasınca evə polis də gəlib. Vəziyyətinin çox ağır olduğunu görüb gediblər. Buna baxmayaraq, Əhməd Ağaoğlu sonrakı günlərdə həbs olunub.

İspan qripinin 1918-1920-ci illərdə 50 milyona yaxın insanın həyatına son qoyduğu bildirilir. O vaxt virus hətta İspaniya kralı XIII Alonsoya da həyatı bahasına başa gəlib.

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbçilərin adını açıqlayıb
››› Professor: Karantini uzatmaq olmaz
››› Düşmən həyəcan içindədir: "Qardaşım ölü əsgərlərlə dolu 3 maşın görüb" - Foto
Son xəbərlər
Bütün xəbərlər »