Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Filipp Kirkorovun konsertində terror aktına cəhd
Rusiyada qadağan olunmuş “İslam Dövləti”nin döyüşçüləri müğənni Filipp Kirokorovun konsertində terror aktı həyata keçirmək istəyiblər.

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, oktyabrın 14-də Mahaçqalada həbs olunan terrorçular iyulun 6-da F.Kirkorovun konsertində üç partlayıcı qurğunu işə salmağa cəhd ediblər.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə yaxın mənbə ekstremistlərin planlarının reallaşmasına maneə törədən səbəbi söyləməyib.

Terrorçulardan 4-ü həbs olunub, onlardan 3-nün (Həbibulla Xalduzov, Samir İbrahimov, Xıdırnəbi Kazuyev) adı məlumdur, bir nəfərin kimliyi isə hələlik açıqlanmayıb.

Son xəbərlər
Bütün xəbərlər »