Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
COVID-19-a yoluxanları müalicə edən həkim: “Altı övladım üçün darıxıram”

Bu gün koronavirusa yoluxan ağır xəstələr Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olurlar. Bu şöbənin əməkdaşları bir komanda halında birləşərək virusla mübarizəyə qoşulub əsl fədakarlıq nümayiş etdirir, böyük risk altında gərgin rejimdə işləyirlər.

“Report” xəbər verir ki, onlardan biri də Hospitalın Reanimasiya və İntensiv Terapiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqovdur.

O, işin ağır və gərgin olduğunu deyir:

"Ailəmdən uzaqdayam, əzizlərim yolumu gözləyir. Ən çox isə övladlarım - beş qızım və bir oğlum üçün darıxıram. Amma yenə də nə doğmalarımdan uzaq düşməkdən, nə narahat geyimimdən, nə işin fasiləsizliyindən şikayət etmirəm. Bunlar hamısı müvəqqəti çətinliklərdir. Ailəmi görmürəm, ancaq gecələr telefonla danışırıq. İndi mənim bir arzum və niyyətim var: hər gün mənə böyük ümidlə dikilən, imdad diləyən gözlərə həyat eşqini qaytarmaq...”

T.Sadıqov qeyd edib ki, hər dəfə koronaviruslu xəstəyə yardım edib ölümün caynağından alanda uşaq kimi sevinir:

“İnanıram ki, bir gün gələcək, dünyamızı COVID-19 adlanan böyük bəladan qurtaracağıq. Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Biz dövlət başçısı ilə birlikdə çox çətinliklərdən, sınaqlardan çıxmışıq. Əminəm ki, koronavirusa da qalib gələcəyik. Əlbəttə, yenə də birlikdə. Çünki, biz birlikdə güclüyük!”.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »