Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacir heroinlə yaxalanıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran və Masallı sakinləri saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Xıl kənd sakini Fərid Abbasov saxlanılıb. Onun üzərindən bir bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla F. Abbasovun narkotik vasitəni Lənkəran rayonunun Qumbaşı kənd sakini Ağadadaş Qafarovdan əldə etdiyi müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 ədəd bağlamada çəkisi 3 kiloqram 145 qram narkotik vasitə qurudulmuş marixuana, 1 bükümdə 8 qram heroin və 1 bükülüdə 5,5 qram psixatrop maddə metamfetemin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ağadadaş Qafarovun narkotik vasitəni əldə etdiyi mənbə də aşkarlanıb və həmin şəxsin Masallı rayonunun Boradigah qəsəbə sakini Hacıəli Rəfiyev olduğu müəyyən edilib. Saxlanılan H. Rəfiyevin üzrəindən və yaşadığı evdən ümumilikdə 383 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »