Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professor: Beyin mühəndisliyi və nanotexnologiyalar üzrə təcili kadr hazırlığı başlanmalıdır - Video

Pandemiyanın gəlişi ilə dünyada konspiroloqların sayı hesabı bilinməz nəzəriyyələri, ehtimalları səslənməyə başladı. Hətta 5G texnologiyasının, kütləvi çiplənmənin tətbiqi ilə koronavirusu əlaqələndirənlər də oldu. Hər nə qədər rəsmi qurumlar bu barədə açıqlama vermiş olsa belə, bilinən odur ki, pandemiyanın arxasında çox uzaq gələcəyə hesablanmış hansısa bir gizli plan var.

Bizimyol.info Türkiyəli professor İsmayıl Hakkı Aydının gələcəyə dair bəzi fikirlərini diqqətinizə çatdırmaq istəyir. Professor rəqəmsallaşmanın gələcək insanın taleyini hansı yönə paracağına dair maraqlı fikirlər səslənidirb və bunun elmi açıqlamasını verib.

“Bu gün artıq radiodalğalı və WF özəlliklərinə malik dərman preparatları yayılmaqdadır.Müasir texnologiyalar dövründə havayı aldığınız hər şeydə təcrübə, sınaq obyekti szisiniz.Bu gün ay klod dediyimiz proqrama bütün şəxsi məlumatlarımız yüklənir.

Bu gün facebookun dəyəri 900 milyard dollar, vatsapın dəyəri 850 milyon dollardır. Yalnız ona görə ki çox güclü informasiya bankı rolunu oynayırlar.Deyə bilərsiniz sadə insanların barəsində məlumatlar kimə lazımdır?

İşin əsas önəmli cəhəti beyindir Yeni nəsil insanlar üzərində beyin mühəndisliyi həyata keçirləcək.2060-cı illərdə artıq orjinal bədənə sahib təmiz genli insanlar az olacaq, bəlkə hətta yox dərəcəsində olacaq.Orqanizmdəki orqanların 70 faizi süni olacaq. Elm artıq 4D çap maşınları vasitəsilə ağ ciyər, qara ciyər, ürək, hətta süni qan istehsalına başlayıb. Bir qədər sonra insan orqanları satılan marketlər olacaq. Biz bunu indiki qavramla supermarket kimi görməyəcəyik, lakin bu hansısa bir formada mövcud olacaq.Nepalda artıq kök hücrəni təqdim etməklə öz orqanının süni formasını sifariş vermək leqallaşıb.

İndi artıq valideynlər gen mühəndisliyindən faydalanaraq doğulacaq körpələrinin saç, göz rənglərinin necə olması, boyunun hansı ölçülərdə olması barədə sifariş verə bilirlər.ABŞ-ın Federal Təhlükəsizlik Agentliyi 2030- cu ilə dair raportunda belə bir ifadə yer alıb.“İnsanın təkamülü, inkişaf etdirilməsi mülki və hərbi insanların daha səmərəli çalışması üçün izn verilmişdir”.

Texnoloji inkişafın yaxşı göründüyü kimi pis tərəfləri də var. Bu rəqəmsal faşizmə də gətirib çıxara abilər. Tutaq ki, küçədə gedirsən və yol kənarındakı bilbortlarda dövlət başçısının şəkli var. Həmin an sən ona qarşı antipatik düşüncələrə sahibsənsə bundan dərhal xəbər tutulacaq, çünki sənin biometrik məlumatların və ya çipin telefonuna bu barədə səndən xəbərsiz məlumatlar ötürür, qan təzyiqin yüksəlir, nəbzin sürətlənir və.s. Bu gələcək insanların kölələşdirilməsinə aparıb çıxara bilər.Pentaqon elan edib ki, 2050-ci ildə ABŞ ordusunun yüzdə qırxını nanorobotlarla təchiz edilmiş yarırobot əsgərlər təşkil edəcək.2060-cı illərdə artıq savaşa holoqram əsgərlər girəcək. Yəni görünməyən düşmənlə savaşmaq lazım gələcək. Görünməyən göz yaratmalıyıq.Ona görə gələcəyin elmi kimi biz gen mühəndisliyi, nano mühəndislik, beyin mühəndisliyi fakültələri açmalı, bu sahəni inkişaf etdirməliyik. Bir bıçağı cərrahın əlinə versən həyat qurtarar qatilin əlinə versən qatillik edər.Elmlə alimlər maraqlandığı qədər müxtəlif terrorçu qruplaşmalar da maraqlanır. Hər kəs onu öz maraqlarına uyğun istifadə edir. Bu elmin gətirəcəyi fəlakətə də hazır olmalıyıq”.

Bizimyol.info professorun çıxışını tam izləmək üçün təqdim edir:

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »