Türkiyənin Elazığ vilayətində uzunluğu 20-25 santimetrə çatan xalq arasında “Çağaboğan” adı verilmiş çəyirtkə növü (Saga Ephippigera) peyda olub. Bu çəyirtkələr böcək, qurd, soxulcan, ağcaqanad və digər çəyirtkə növləri ilə qidalanırlar.
Kənd təsərrüfatı mütəxəssisləri bu çəyirtkə növünün sayının təbiətdə orta həddə qaldığı müddətcə zərərli olmadığını, hətta fayda verdiyini düşünürlər. Belə ki, onlar digər ziyanvericiləri məhv edirlər. Lakin onların sayının çoxalması digər çəyirtkə sürülərinin artmasından da qorxunc ola bilər. “Çağaboğan” sürüsünün insan və böyükbaş heyvanlar üçün təhlükəli ola biləcəyi düşünülür.
Qeyd edək ki, tarixən ət yeyən çəyirtkələrin adı dini kitablarda çəkilib. Musa peyğəmbərin dövründə yaşamış fironun sarayını və torpaqlarını xaraba qoyan, qorxunc xəstəliklər yayan çəyirtkələrin də ət yeyən olması barədə tarixi məlumatlar mövcuddur.
İlhamə