Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı ümidverici açıqlama

"Bəhram Bağırzadənin səhhəti ləng də olsa, tədricən yaxşılaşır".

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı bildirib.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktitanı dəyişir: Böyük işğaldan imtina edir
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Ukraynanın Rusiya ilə atəşkəsə dair şərti açıqlanıb
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »