Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gizli yollarla sərnişin daşıyan taksi sürücüsü saxlanılıb

Karantin qaydalarını pozaraq sərnişin daşıyan sürücü saxlanıldı.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman respublika ərazisində elan edilmiş xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına kəndlərarası yollarla sərnişin daşımağa cəhd edən Eldəniz Qurbanovu saxlayıblar.

Məlum olub ki, E.Qurbanov sanitariya-gigiyena və karantin qaydalarını pozaraq, istifadələrində olan “Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları ölkənin şimal rayonlarına aparacağını vəd edərək, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı Xızı RPŞ-də toplanmış materiallar qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xızı rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarlarına əsasən E.Qurbanov inzibati məsuliyyətə cəlb olunub.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Paşinyan Putini Yerevanda necə təhqir etdi
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »