Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Yaradıcı müəllim azı 10 min manat ala bilər”

Bizimyol.info redaksiyasına şikayət daxil olub. Bakı şəhərindən Ucar rayonuna işləməyə gedən 36 yaşlı biologiya müəllimi Aynur Hüseynova bildirib ki, uzaq rayonlara işləməyə gedən müəllimlərə 140 manat vəsait verilirdi. Bu yol xərcliyi hesab olunurdu. Lakin yaşı 35-i keçən müəllimlərə sözü gedən H2 layihəsi şamil edilmir. “Nə üçün 35-dən yuxarı yaşı olanlara verilmir? Axı biz də eyni yolu gedirik və əziyyət çəkirik. 35 yaşdan yuxarı müəllimlər qanad çıxarmırlar. Uçmurlar”,- deyə Aynur Hüseynova şikayətini bildirib.

Məsələyə aydınlıq gətirmək üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. Kamran Əsədov qeyd etdi ki, bu layihə ancaq gənclər üçün nəzərdə tutulub.

Kamran Əsədov Kamran Əsədov

“H1 və H2 gənc müəllimləri həvəslidirmək üçün, onların maddi vəziyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. 21-22 yaşından işə başlayan və 12-13 il yardımı alan amma öz maddi vəziyyətini düzəltməyən müəllim yaradıcı müəllim ola bilməz. Biz ancaq gözləyirik ki, dövlət pul versin.

Bu, gənclər üçün nəzərdə tutulub. Digər bölgələrdə çalışan, amma H1, H2 almayan 120 min müəllim var”.

"Bəs müəllim maddi vəziyyətini necə düzəltməlidir, repetitorluq hesabına?” sualımıza cavab olaraq Kamran müəllim qeyd etdi ki, qrant layihələri, digər layihələr hesabına daha böyük gəlir əldə etmək mümkündür: “Bizimkilər işləmək istəmir. Deyirlər ki, ancaq pul verin!

Baxın 3 martdan dərslər dayanıb. Amma müəllimlər tam şəkildə əməkhaqqı alırlar. Hətta H1, H2 də alırlar. Yol pulu da. Amma yol getmirlər.

İl ərzində Təhsil Nazirliyi tərəfindən 2 dəfə qrant layihələri həyata keçirilir. Yaradıcı müəllim hər dəfə azı 10 min manat ala bilər. Bu da ilə 20 min manat deməkdir. Amma H1 60, H2 140 manatdır, bu da il ərzində 720 və 1680 manat edir”.

İlhamə Rəsulova

Paylaş »
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »