Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada könüllülərə vurulan koronaya qarşı vaksinin nəticələri

Rusiyada COVİD-19-a görə vaksin vurulmuş ilk könüllülərdə sağlamlıq üçün heç bir əks təsir müşahidə olunmayıb.

Bizimyol.info xəbər verir ki. bu barədə RİA Novosti məlumat yayıb.

“Biz müntəzəm olaraq birinci və ikinci qrup könüllülər üzərində tibbi baxış keçiririk. Özlərini yaxşı hiss edirlər və şikayətləri yoxdur. Temperatur, arterial təzyiq və nəbzləri normal hədd çərçivəsindədir. Vaksin vurulduqdan sonra hansısa xoşagəlməz əks təsir müşahidə olunmayıb”,- deyə Burdenko adına hospitalın baş həkimi Oleq Çixlyayev bildirib.

O qeyd edib ki, könüllülərdən gələcəkdə də ümumi biokimyəvi qan analizləri götürüləcək və koronavirusa qarşı immunitetin səviyyəsi yoxlanılacaq.

Qeyd edək ki, Rusiya istehsalı olan koronavirus vaksininə qarşı ilk könüllü qrup iyunun 18-də peyvəndlənib. 5 gün sonra daha 20 nəfər könüllü vaksin alıb. Klinik sınaqların iyulun sonunda başa çatması gözlənilir.

Rusiyada bu günə qədər 634 min koronavirusa yoluxma faktı qeydə alınıb, 399 min nəfər sağalıb, 9073 nəfər ölüb.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »