Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaqatalada Gəncə sakini 3,5 kiloqram narkotiklə yaxalanıb

Zaqatala Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Yol Polisinin stasionar postunda taksi fəaliyyəti ilə məşğul olan “VAZ 2106” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilib. Həmin avtomobildə sərnişin qismində əyləşən Gəncə şəhər sakini Rüstəm Məmmədovun narkotik vasitə istifadə etməsinə və üzərində daşımasına dair əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşları tərəfindən R.Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ona məxsus çantadan 3 kiloqram 500 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
››› “Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi
Son xəbərlər
Bütün xəbərlər »