Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Mağaza yüksək maaşla eynək şüşələrini silən işçi axtarır
ocki-0-0-0

Rusiyanın paytaxtında fəaliyyət göstərən internet-mağazalardan biri qəribə iş elanı yerləşdirib.

“Qovorit Moskva” radiosunun xəbərinə görə, şəbəkədə alver edən mağaza eynək şüşələrini silən işçi axtarır.

Vakant yerə sahib olmağı arzu edənlər bir sıra tələblərə cavab verməlidirlər. Belə ki, aylıq maaşı 40 min rubl (1000 manat) olan bu “vəzifə”ni əldə etmək üçün namizəd tibb sahəsində ali təhsilli olmalıdır. Göz həkimlərinə üstünlük verilir. Əməkdaş səhər saat 9-da ofisdə olmalı və hər gün ən azı 150 eynəyin şüşələrini silməlidir.

İnternet-mağazanın sahibi qəribə iş elanını belə izah edib:

“Hər bir eynək ideal vəziyyətdə olmalıdır. Onun üzərində ləkə, barmaq izi və ya toz olmamalıdır. Əgər iş gününün sonunda belə pozuntu aşkarlanarsa, əməkdaş cərimələnəcək”.(oxu.az)

Paylaş »
››› “TƏBİB ləğv olunmalıdır, fəaliyyəti ilə bağlı Baş Prokurorluq araşdırma aparmalıdır” - Açıqlama
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar
››› Daha iki rayonda karantin rejimi sərtləşdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »