Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
4 yaşlı uşaq atasının avtomobilinin altında qaldı

Abşeronda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini Tural Əkbərli idarə etdiyi şəxsi avtomobilini yaşadığı evin həyətində arxaya verərkən övladı, 2016-cı il təvəllüdlü Əkbərli Əli Tural oğlu ehtiyatsızlıqdan avtomobilin təkərinin altında qalaraq ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı sınıqları və əzikləri diaqnozları qoyulub. Azyaşlı cərrahi əməliyyat olunub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləsdirilib.(Report)

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »