Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mayk Pens COVID-19-un kəskin şəkildə yayıldığı Texas ştatına kömək ediləcəyini vəd edib

“ABŞ Federal Hakimiyyət orqanları koronavirusla bağlı vəziyyətin ciddi şəkildə pisləşdiyi Texas ştatına kömək edəcək”.

APA yerli “WFAA” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Mayk Pens deyib.

Texas qubernatoru Qregg Ebbott öz növbəsində koronavirus infeksiyasının son həftələrdə ştatda təhlükəli dönüş yaratdığını, yeni xəstəxanalara yerləşdirilənlərin sayının 2 mindən 5 minə qədər yüksəldiyini və müsbət test nəticələrinin faiz nisbətinin 4.7%-dən 13%-dək artdığını vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »