Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bu gün koronavirusdan 15 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 48309 şübhəli koronavirus testindən keçib, onlardan 1356-nın cavabı pozitiv çıxıb. Bu gün daha 1413 xəstə sağalıb.

Türkiyədə indiyədək 197 239 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5097 nəfər ölüb, 170 595 nəfər isə müalicə olunaraq sağalıb.

Son xəbərlər
Bütün xəbərlər »