Mingəçevirdə avtomobil piyadanı vurub.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil piyada Sadiq Mustafayevi vurub. Piyada zərbənin gücündən yol kənarında dayanan “Mercedes” markalı minik avtomobilinə çırpılıb.
Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.