Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyada koronavirus qurbanlarının sayı 43,5 minə çatdı

Böyük Britaniyada son sutkada koronavirusdan daha 36 nəfər vəfat edib.

“Report” xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla da koronavirus qurbanlarının sayı 43 500-ə çatıb.

Qeyd edilir ki, ötən gün COVID-19-a 901 yeni yoluxma aşkarlanıb. Beləliklə koronavirus xəstələrinin ümumi sayı 311 151 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər
Bütün xəbərlər »