Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadə: "Azərbaycanda su çatışmazlığı təbii fəlakət deyil, daha qorxunc səbəbi var"

“Yayın bu qızmar günlərində Kür və Araz çaylarının sularından məişətdə və kənd təsərrüfatında istifadə edən vətəndaşlarımız ciddi əziyyət çəkirlər. Həm Kür, həm də Araz çayında suyun miqdarı kəskin azalıb. Çoxları bunu təbii fəlakət kimi də qəbul edə bilərlər. Lakin məsələnin həm də fərqli tərəfi var”. Bu fikri “Ümid” partiyasının sədri İqbal Ağazadə səsləndirib.

“Xüsusən Araz çayında suyun olmamasının səbəbi Araz çayı üzərində İranın Xudafərin bəndini tikməsidir. İran bu su anbarı vasitəsilə öz ərazisində təxminən 80 min ha torpağın suvarılması üçün istifadə edir. Beləliklə də, Araz çayının suyunun azalması, az qala qurumaq həddinə çatmasının əsas səbəbi məhz bu bəndlərin və su anbarlarının tikintisidir.

Yeri gəlmişkən, Kür çayı ilə Arazın qovuşması da hər iki çayda suyun səviyyəsini tənzimləyirdi. Kənar səbəblər axtarmağa ehtiyac yoxdur. İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır, fərqindəsinizmi?!

Biz bu məsələyə etiraz edəndə hamı üstümüzə gəlirdi ki, siyasəti bilmirmişik, iqtisadi maraqları hesablamağa gücümüz çatmırmış. İndi Kür və Araz çayı ətrafında yaşayan fermerlərin, sıravi vətəndaşların fəryadını eşidirsinizmi? İndi içməli suya həsrət qalmış dilsiz-ağızsız heyvanların ah-naləsini duyursunuzmu?”,- deyən politoloq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin ləğv edilməsini təklif edib.

Bizimyol.info

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »