İyun başa çatır. Bir neçə gün sonra iyul başlayacaq. Görəsən bürcləri iyulda nə gözləyir?
Bizimyol.info bütün bürclər haqda məlumat verəcək.
Qoç – Ayın əvvəlində ehtiyatlı olmaq lazımdır. Hər cür xoşagəlməz hadisə baş verə bilər. Özünə düşmən qazanmamağa çalışmalıdırlar. Zamanla hər şey qaydasına düşəcək.

Buğa – Həm ailə üzvləri, həm də başqa yaxınlarla münasibətləri qaydasına salmaq üçün iyul yaxşı aydır. Kömək üçün müraciət etsələr, istəyi geri çevirməmək ən uyğun addımdır. Maliyyə vəziyyəti çox da qənaətbəxş olmayacaq. Amma ayın 20-dən sonra hər şeyin yoluna düşəcəyi gözlənilir.

Əkizlər – Bu bürcdən olanlar üçün adi, sakit ay keçəcək. Hər şeyi çətinləşdirmək lazım deyil. Həyatın sakit axarla keçməsi özlüyündə yaxşıdır.

Xərçəng – Maddi vəziyyəti düzəltmək üçün ideal vaxtdır. Amma işləmək, işləmək, yenə də işləmək. Nəsə öyrənmək pis olmaz. Ən əsası sevimli insanı itirməmək.

Şir – Ayın əvvəlində ailə üzvləri ilə dil tapmaq asan olmayacaq. Hər şey ayın ortalarında normallaşacaq. Ayın sonunda yeni addımlara ehtiyac yaranacaq.

Qız – İşləmək yaxşıdır, amma həddi aşmamaq şərtilə. İstirahəti də unutmaq olmaz. Maliyyə vəziyyətinə görə hər addımı ölçüb-biçmək lazımdır. İyulda borca girmək məsləhət görülmür. Böyük alış-verişi başqa aya saxlamaq yaxşı olar.

Tərəzi – Yeniliklərə açıq olmaq gərəkdir. Ayın ikinci yarısı çox sürətlə keçəcək. Yeni tanışlıqların mübət və mənfi tərəfləri ola bilər.

Əqrəb – Yaxınlara, dostlara kömək üçün müraciət etməkdən çəkinməyin. Bu ay xüsusilə dürüst davranmaq vacibdir. Yalnız həqiqəti danışmaq başqalarının sizə hörmətini qoruya bilər.

Oxatan – Ayın ortalarında yaradıcı ovqat formalaşacaq. İyul bu bürcdən olanları darda qoymayacaq. Stressdən uzaq dayanmaq, istirahət günlərində romantik ab-hava yaratmaq lazımdır.

Oğlaq – Ətrafda çox şeyi dəyişməyə ehtiyac yaranıb. Bura mebeldən tutmuş insanlara qədər aid etmək olar. Lap işi dəyişməyə də qorxmaq lazım deyil.

Dolça – Məhəbbət və iş ayıdır. Böyük alış-verişi başqa vaxta saxlamaq lazımdır. Bir baxışla vurula, yeni uyğun iş tapa bilərlər.

Balıqlar – İşdə problemlər yarana bilər. Bir çox şeylərdən imtina etmək yaxşı olar. Amma faydalı tanışlıqlar da istisna edilmir.
