Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan sonra Ağ Ev də “The New York Times”ə qarşı hücuma keçdi

Ağ Ev bu günlərdə “The New York Times” (NYT) qəzetində çıxan bir informasiyanı sərt şəkildə təkzib edib.

Musavat.com xəbər verir ki, bu barədə “İndependent” qəzetində məlumat yayılıb.

Xatırladaq ki, “NYT” qəzetində Rusiyanın Əfqanıstanda ABŞ hərbçilərini öldürmək üçün taliblərə pul verdiyi, bununla bağlı prezident Donald Trampa məruzə olunduğunu, lakin sonuncunun həmin sənədi görməzdən gəldiyi və məhəl qoymadığı barədə məlumat çıxmışdı.

Ağ Ev rəsmi şəkildə bütün bu informasiyaların yalan olduğunu bildirib.

“ABŞ hər gün minlərlə kəşfiyyat məlumatını incələyir. Ağ Ev kəşfiyyat xəbərlərini hər kəsin önündə şərh etmir. Bundan başqa həm Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, həm Milli təhlükəsizlik məsələləri üzrə müşavir, həm də Baş qərargah rəisi də təsdiq edə bilərlər ki, nə prezident, nə də vitse-prezident Rusiya kəşfiyyatının bu əməli barədə məlumatlandırılmayıblar”,-deyə sənəddə göstərilib.

Qeyd olunur ki, bundan öncə Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyi “NYT”nin sözü gedən yazısının rus diplomatlarını həyatını təhlükə altına qoyduğu barədə bəyanat yaymışdı.

Son xəbərlər
Bütün xəbərlər »