Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Xəttin yerini dəyişmək istədi, 1200 nəfəri qazsız qoydu - Foto
Qaz, təbii qaz

Bu gün saat 12:00 radələrində Novxanı qəsəbəsi, bağ massivində vətəndaş Sumqayıt qaz istismarı Sahəsinə məlumat vermədən qaz xəttinin yerini dəyişdirməyə cəhd göstərib.

"Azəriqaz"dan daxil olan məlumata görə, o, qapı keçidinin düzəldilməsi üçün özbaşına olaraq qaz təchizatını dayandırıb, nəticədə 1200-ə yaxın abonent qazsız qalıb.

Xəttin yerini dəyişmək istədi, 1200 nəfəri qazsız qoydu - Foto

Bu barədə məlumat daxil olan kimi Sumqayıt qaz istismarı Sahəsinin əməkdaşları dərhal hadisə yerinə gedib və baş verənlər barədə polis orqanları məlumatlandırılıb. Qanunsuz müdaxilə edilən qaz xətti isə əvvəlki formasına qaytarılıb.

Xəttin yerini dəyişmək istədi, 1200 nəfəri qazsız qoydu - Foto

"Qeyd edək ki, vətəndaş mövcud qaz xəttində hər hansı dəyişiklik etmək istəyərsə, ərizə ilə müraciət edərək müvafiq prosedurları yerinə yetirməlidir", - deyə məlumatda bildirilir. (Qafqazinfo.az)

Paylaş »
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› Baş Prokurorluq əsgər ölümü ilə bağlı açıqlama verib
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
Son xəbərlər
Bütün xəbərlər »