Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FTB Tesla haqda sənədləri niyə məxfi saxlayır

Teslanı tez-tez ya “elektrotexnikanın Leonardo Da Vinçisi, ya da “20-ci əsri ixtira etmiş adam” adlandırırlar.

Xorvatiyanın balaca kəndində doğulmuş Nikola Tesla bəşər tarixinin ən böyük insanlarından biridir. İxtiraçı insanlara təmiz, bərpa oluna bilən və ən əsası, pulsuz enerji verməyin arzusu ilə yaşayırdı.

Bizimyol.info xəbər verir ki, Teslanın ölümündən 77 ildən çox zaman ötür. Amma onun arzuları hələ də həyata keçməyib.

Müasir dünyanı Teslanın ixtiraları olmadan təsəvvür etmək mümkün deyil. Asinxron mühərrik, dəyişən cərəyan, mikrodalğalı sobalar, məsafədən idarə olunan cihazlar və yüzlərlə belə şeylər böyük elm adamının beyninin məhsuludur. Radiodalğaların ötürülməsi ilə bağlı ilk eksperimenti də Tesla aparmışdı.

Təəssüf ki, Teslanın bütün ixtiraları işıq üzü görməyib. Məsələn, naqilsiz enerji ötürülməsinin qlobal sistemi. Alim bununla bağlı xeyli eksperiment də aparmışdı. Dünyanın bir çox şeylərlə bağlı, elə müharibələr haqda da təsəvvürü dəyişəcəkdi. Amma ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) Teslanın ölümüdən sonra onun bütün sənədlərini götürərək, məxfi saxladı. Burada 350 səhifəyə qədər ixtiralarla bağlı material var. Hesab olunur ki, Teslanın ixtiraları yeni dünya düzəninə mane olurdu. Elm adamı insanların çoxlu pul xərcləyən istehlakçıya çevrilməsinə imkan vermirdi. Bu isə dünyada çox qüvvələrə sərf etmirdi.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »