Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ÜST-dən deksametazonla bağlı daha bir açıqlama
UST - Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi Covid-19-a yoluxan xəstələrin müalicəsində deksametazondan istifadə ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumata görə, preparatdan xəstəliyi yüngül keçirənlər istifadə etməməlidir:

“Deksametazon preparatını Covid-19-lu ağır xəstələr üçün istifadə edin. Birləşmiş Krallıqda aparılan son tədqiqatlar nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVİD-19-a yoluxan xəstələrdə ölüm riskini azaltdığı məlum olub.

Deksametazon COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.

Bu məqsədlə istifadə üçün hər hansı bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi əks təsirlər göstərir”.

Xatırladaq ki, ÜST daha əvvəl koronavirus infeksiyasına qarşı mübarizədə Böyük Britaniyada deksametazon preparatı ilə aparılan kliniki tədqiqatları həyat qurtaran elmi sıçrayış kimi dəyərləndirmişdi. Bildirilmişdi ki, deksametazon kortikosteroidi ilə COVID-19-a yoluxmuş xəstələrdə ölüm səviyyəsi aşağı salına bilər.

Paylaş »
››› Səhiyyə nazirimiz haradadır: Nazirlikdən sürpriz cavab
››› Azərbaycanda polis genişmiqyaslı əməliyyata başladı: Saxlanılanlar var
››› Daha iki rayonda karantin rejimi sərtləşdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Avropa ölkəsində karantinə görə polislə qarşıdurma yaşanır - Video
Son xəbərlər
Bütün xəbərlər »