Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda son sutka ərzində koronavirusa yoluxan 144 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 144 nəfər vəfat edib.

APA-nın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 10508 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2489 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 222669 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 183301 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2946 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Son xəbərlər
Bütün xəbərlər »