Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanına məxsus sulara daxil olan İran katerlərinə atəş açılıb
Iran herbi kateri

Səudiyyə Ərəbistanının sərhədçiləri krallığın dəniz ərazisinə daxil olan üç İran katerlərinə xəbərdarlıq atəşi açmaq məcburiyyətində qalıb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Səudiyyə Ərəbistanının sərhəd xidmətinin açıqlamasına istinadən məlumat yayıb.

Açıqlamada bildirilir ki, insident iyunun 25-də baş verib. Belə ki, patrul xidməti İran bayrağı ilə üzən üç katerin krallığın ərazi sularına daxil olduğunu qeydə alıb və onlara dayanmaları ilə bağlı bir neçə dəfə siqnal göndərib. Ancaq katerlər bu siqnallara əhəmiyyət verməyib və yalnız xəbərdarlıq atəşi açıldıqdan sonra Səudiyyə Ərəbistanına məxsus suları tərk ediblər.

Paylaş »
››› Naməlum ölkə Azərbaycanı Rusiya bazarından kənarlaşdırır
››› İ.Ağazadə Güney azərbaycanlılara səsləndi: "O maşınları durdurun!" - Video
››› Erməniləri Qarsda qəbul edən bələdiyyə başçısı həbs edildi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »