Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş infeksionist: "Belə xəstələr Covid-19 xəstələri kimi müalicə olunur"

"Test hallarının neqativ çıxması müəyyən hallarda mümkündür"

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real İntervyu"da qonaq olarkən deyib.

O bildirib ki, test nəticəsinin neqativ çıxmasının müxtəlif səbəbləri var:

"Birincisi, ola bilər ki, test üçün material düzgün götürülməyib. İkincisi də, ola bilər xəstədən test gec götürülüb. Nəticədə proses daha aşağı şöbələrdə yayılır - ağciyərdə buzlu şüşə effekti yayılmış olur. Bu zaman yuxarı şöbələrdə virusun aşkarlanması az hallarda olur. Amma bununla bərabər buzlu şüşə simptomu müsbət olur və xəstədə kliniki əlamətlər aşkarlanır. Adətən belə xəstələr Covid-19 xəstələri kimi müalicə olunur, müşahidəyə götürülür, təcrid olunur.

Buzlu şüşə sindromu varsa və digər əlamətlər mövcuddursa, xəstədə bu zaman tənəffüs darlığı yaranır. Belə xəstələr mütləq müşahidə altına alınıb müalicə olunmalıdır. Covid-19-un müalicəsində istifadə olunan preparatlar burada da tətbiq olunur".(virtualaz.org)

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »